İsrail prezidenti bu gün yeni baş nazir vəzifəsinə namizədini açıqlayacaq

İsrail prezidenti bu gün yeni baş nazir vəzifəsinə namizədini açıqlayacaq
# 06 aprel 2021 03:33 (UTC +04:00)

İsrail prezidenti Reuven Rivlin aprelin 6-da erkən parlament seçkilərindən sonra hökuməti qurmağı tapşıracağı 24-cü çağırış Knesset deputatının adını açıqlayacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin ofisi tərəfindən bildirilib.

“Prezident Rivlin 5 aprel bazar ertəsi günü 24-cü çağırış Knessetə seçilmiş bütün partiyaların nümayəndələri ilə bir sıra görüşlər keçirib. Prezident hökumətin qurulmasını həvalə edəcəyi namizədlə bağlı qərarını aprelin 6-da açıqlayacaq”, - məlumatda belə deyilir.

Qanuna əsasən, Rivlin 7 aprel tarixinədək yeni İsrail hökumətinin qurulması vəzifəsinin həvalə ediləcəyi deputatı seçməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR