İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilərin toqquşmasında 1 nəfər ölüb, 112 nəfər yaralanıb

İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilərin toqquşmasında 1 nəfər ölüb, 112 nəfər yaralanıb
# 11 mart 2020 17:46 (UTC +04:00)

İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələri və fələstinlilər arasında baş verən toqquşmada ölən və yaralananlar var.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Qızıl Ayparanın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Nablus yaxınlığındakı Al-Arma rayonunda baş verən toqquşmada 17 yaşlı fələstinli yeniyetmə ölüb, 112 fələstinli isə yaralanıb.

"Rezin güllələrdən, gözyaşardıcı qazdan zərər çəkmiş insanlara ilkin tibbi yardım göstərilib. Yaralıların bəziləri xəstəxanalara aparılıb”, - deyə Qızıl Ayparanın nümayəndəsi qeyd edib.

İsrail ordusu Nablus bölgəsində iğtişaşların yatırılması zamanı bir yeniyetmənin ölümünün araşdırılacağını bəyan edib.

"Bu gün Nablusun cənubunda təxminən 500 fələstinlinin qatıldığı ciddi bir iğtişaş yaşanıb və iğtişaşçılar əsgərlərə daş atıb, şinləri yandırıblar. Ölən və yaralılar haqqında məlumatımız var. Hadisə araşdırılacaq”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR