İsrail xarici vətəndaşlar üçün ölkəyə giriş qadağasının müddətini uzadıb

İsrail xarici vətəndaşlar üçün ölkəyə giriş qadağasının müddətini uzadıb
# 25 iyun 2020 18:20 (UTC +04:00)

İsrail koronavirusla mübarizə tədbirləri çərçivəsində xarici vətəndaşların ölkəyə girişinə qoyulan qadağanın müddətini uzadıb.

APA-nın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail hakimiyyəti bununla bağlı xarici aviaşirkətləri məlumatlandırıb.

Koronavirusun yayılmasının qarşısını almaq üçün martın 18-dən tətbiq olunan xarici vətəndaşlar üçün ölkəyə giriş qadağası avqustun 1-dək uzadılıb.

Əhali və İmmiqrasiya İdarəsindən icazəsi olan səyahətçilər istisna olmaqla, İsrail vətəndaşları və ya ölkə sakini olmayan şəxslərin İsrailə girişi qadağandır.

Verilən qərar həmçinin İsraildən tranzit ölkə kimi istifadə edən sərnişinlərə də aid edilir.

Daha əvvəl əcnəbilər üçün ölkəyə giriş qadağası iyulun 1-dək uzadılmışdı.

Qeyd edək ki, mayın ortalarından etibarən İsraildə mart ayından tətbiq olunan karantin tədbirləri yumşaldılıb. Mayın 17-də məktəblər, mayın 20-də çimərliklər, mayın 27-də restoran və kafelərin açılmasına icazə verilib. Lakin İsraildə son günlər infeksiyaya yoluxma hallarında artım müşahidə olunur. Son sutka ərzində ölkədə 532 yeni yoluxma qeydə alınıb. Səhiyyə Nazirliyi Təl-Əviv və Yerusəlimdə yoluxmaların daha çox olduğunu bildirib.

İndiyədək İsraildə 22 139 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR