İsraildə bir gündə 621 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib

İsraildə bir gündə 621 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib
# 28 iyun 2020 07:22 (UTC +04:00)

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 621 nəfər artaraq ümumilikdə 23 421-ə çatıb. Həmçinin eyni diaqnozdan 3 nəfər ölüb, ölənlərin ümumi sayı 317 olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 6102 koronaviruslu xəstə var, onlardan 41 nəfəri ağır vəziyyətdədir, daha 23 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 17 002 nəfər müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR