İsraildə daha 459 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

İsraildə daha 459 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
  • Clock-gray 22:29
  • calendar-gray 23 İyun 2020

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 459 nəfər artaraq ümumilikdə 21 467-yə çatıb. Həmçinin eyni diaqnozdan bir nəfər ölüb, ölənlərin ümumi sayı 308 olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 5299 koronaviruslu xəstə var, onlardan 40 nəfəri ağır vəziyyətdədir, daha 27 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 15 860 nəfər müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər