İsraildə koronavirusa yoluxanların sayı 20,7 mini keçib

İsraildə koronavirusa yoluxanların sayı 20,7 mini keçib
  • Clock-gray 22:10
  • calendar-gray 21 İyun 2020

İsraildə koronavirus infeksiyasına yoluxanların sayı sutka ərzində 101 nəfər artıb və 20 734-ə çatıb. Daha bir nəfər COVID-19 diaqnozu ilə dünyasını dəyişib. İndiyədək ümumilikdə 306 nəfər infeksiyanın qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hazırda ölkədə 4743 koronaviruslu xəstə var, onlardan 40 nəfəri ağır vəziyyətdədir, 28-i isə süni tənəffüs aparatına qoşulub. Bununla yanaşı, indiyədək 15 685 nəfər sağalıb.

apa-logo-mini

Digər xəbərlər