İsrailin cənubunda hərbi helikopter qəzaya uğrayıb

İsrailin cənubunda hərbi helikopter qəzaya uğrayıb
# 27 noyabr 2019 07:28 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələrinə məxsus CH-53 Yasur hərbi helikopteri ölkənin cənubunda qəzaya uğrayıb, mühərrik nasazlığı səbəbindən helikopterdə yanğın baş verib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl “Yasur” helikopterinin ekipajı mühərrikin alovlanmasına səbəb olan texniki nasazlıq barədə məlumat verib”, - deyə məlumatda bildirilib.

Mətbuat xidməti helikopterin İsrailin cənubuna endiyini, hadisə nəticəsində itki olmadığını qeyd edib. Hadisənin araşdırılmasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR