Türkiyənin İstanbul şəhərində 7 mərtəbəli bina çöküb.
APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə İstanbul Bahçelievlerdə qeydə alınıb.
Binada yaşayış olmayıb.
Hadisə yerinə xilasetmə qüvvələri və təcili yardım briqadaları cəlb olunub.
Ölən və xəsarət alanlar haqda məlumat verilmir.