İstanbulda təyyarə uçuş zolağından çıxıb

İstanbulda təyyarə uçuş zolağından çıxıb
# 07 yanvar 2020 11:46 (UTC +04:00)

Bu gün Sabiha Gökçen Beynəlxalq Hava Limanında Şarjadan (BƏƏ) İstanbula gələn “Boeing 737- 800” tipli sərnişin təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb.

APA-nın yerli bürosunun Türk Hava Yollarına istinadən verdiyi xəbərə görə, hadisə zamanı xəsarət alan olmayıb.

Bildirilib ki, təyyarə eniş edərkən uçuş-enmə zolağından torpaq əraziyə doğru sürüşüb. Hadisənin baş verməsinə hava şəraitinin səbəb olduğu bildirilib.

Bundan başqa, Sabiha Gökçen Beynəlxalq Hava Limanında hava şəraiti ilə bağlı bütün uçuşlar yerli vaxtla saat 15.00-dək təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR