İzmirdə zəlzələdə ölənlərin sayı 113 nəfərə çatıb - YENİLƏNİB-2

İzmirdə zəlzələdə ölənlərin sayı 113 nəfərə çatıb - YENİLƏNİB-2
# 03 noyabr 2020 02:22 (UTC +04:00)

İzmirdə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 113 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Bildirilib ki, bu təbii fəlakətlə əlaqədar xəsarət alanların sayı 1035 nəfərə çatıb, onlardan 137-i xəstəxana şəraitində müalicə olunur, 898-i evə buraxılıb.

***

00:29

İzmirdə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 111 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Bildirilib ki, təbii fəlakətlə əlaqədar xəsarət alanların sayı 1035 nəfərə çatıb, onlardan 137-i xəstəxana şəraitində müalicə olunur, 898-i evə buraxılıb.

***

02 noyabr, saat 20:54

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 110 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, dağıntı altında qalan 107 nəfərin həyatını xilas etmək mümkün olub. Prezident onu da qeyd edib ki, dövlət bütün imkanları ilə zələlədən zərər çəkənlərin ehtiyaclarını ödəmək üçün səfərbər olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR