KİV: Husilər "Saudi Aramco" neft şirkətinə aid obyektə raket hücumu ediblər

KİV: Husilər "Saudi Aramco" neft şirkətinə aid obyektə raket hücumu ediblər
# 23 noyabr 2020 08:43 (UTC +04:00)

“Ənsar Allah” (Husilər) hərəkatından olan yəmənli hərbi qiyamçıların nümayəndəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco” dövlət neft və qaz şirkətinin paylama stansiyasına raket hücumu edildiyini bildirib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Həmçinin husilər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmalarında dair tövsiyə ediblər.

Səudiyyə Ərəbistanı rəhbərliyi husilərin hücumu barədə məlumatı təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR