KİV: Myanmada son bir gündə 100-dən çox etirazçı öldürülüb

KİV: Myanmada son bir gündə 100-dən çox etirazçı öldürülüb
# 28 mart 2021 07:14 (UTC +04:00)

Myanmada fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, şənbə günü keçirilən nümayişdə 102 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “The Irrawaddy” nəşri məlumat yayıb.

Müxtəlif şəhərlərindən gələn narazı qüvvələrin keçirdiyi etiraz mitinqində ölənlərdən 4 nəfəri 5-15 yaş arasındadır.

Nümayişlər zamanı ölən etrazçıların ümumi sayı isə 429 nəfərə çatıb.

Xatırladaq ki, ölkədə fevralın 1-dən siyasi rəhbərliyi ələ alan Myanma ordusu bir il müddətinə fövqəladə vəziyyət elan edib. Ötən ilin noyabrında keçirilən seçkilərdə genişmiqyaslı saxtakarlığı səbəb göstərən ordu rəhbərliyi hakimiyyəti ələ alaraq yeni kabinet qurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR