KİV: Yaponiya Çinə qarşı təzyiq üçün istifadə ediləcək məlumatları ABŞ-a ötürüb

KİV: Yaponiya Çinə qarşı təzyiq üçün istifadə ediləcək məlumatları ABŞ-a ötürüb
# 29 dekabr 2020 07:13 (UTC +04:00)

Yaponiya rəsmi Vaşinqton tərəfindən insan haqlarının pozulması ittihamlarının irəli sürülməsində və Pekinə qarşı sanksiyaların tətbiq edilməsində istifadə oluna biləcək məlumatları gizli şəkildə ABŞ və Böyük Britaniyaya ötürüb. Sözügedən məlumatlar Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı vəziyyət barədədir.

APA xəbər verir ki, bu barədə Yaponiya və ABŞ mənbələrinə istinadən “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Tokio Sintszyan-Uyğur Muxtar Rayonu haqqında kəşfiyyat məlumatlarının Vaşinqton və Londona ötürülməsini yalnız bu məlumatların mənbəyinin açıq şəkildə göstərilməməsi şərti ilə təmin edib.

Agentlik qeyd edir ki, bu cür məlumatların ötürülməsi ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat xidmətlərini özündə birləşdirən “Five Eyes” alyansı ilə Yaponiya arasında kəşfiyyat əməkdaşlığının gücləndiyini göstərir. Tokio rəsmi olaraq bu alyansın üzvü deyil, ancaq bəzi hallarda öz kəşfiyyat imkanlarını təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR