KİV: Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 160-a yüksəlib

KİV: Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 160-a yüksəlib
# 29 avqust 2020 15:21 (UTC +04:00)

Əfqanıstanın ən azı 10 əyalətini əhatə edən daşqınlar nəticəsində ölənlərin ümumi sayı 160-a yüksəlib, ən azı 250 nəfər yaralanıb.

APA-nın TASS-a istinadən bildirir ki, bu barədə şənbə günü "TOLOnews" telekanalı Təbii Fəlakətlərin Aradan Qaldırılması Nazirliyinin məlumatlarına istinadən xəbər verib.

Ən böyük zərər Pərvan vilayətinə dəyib – 116 ölü, 130 yaralı. Daşqınlar həmçinin Vardak, Qəzni, Kapisa, Kabul, Laqman, Loqar, Nanqarhar, Nuristan, Paktika, Paktiya, Pəncşər və Host vilayətlərində də qeydə alınıb.

Bundan əvvəl 151 nəfərin öldüyü və 200-dən çox insanın yaralandığı bildirildi.

Daşqınlara səbəb bu həftə ərzində yağan leysan yağışları olub. Nazirlik zərərçəkənlərə yardım göstərməyə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR