KXDR Cənubi Koreya ilə sərhəddəki neytral əraziyə qoşun yeritmək istəyir

KXDR Cənubi Koreya ilə sərhəddəki neytral əraziyə qoşun yeritmək istəyir
  • Clock-gray 04:47
  • calendar-gray 16 İyun 2020

KXDR iki Koreya arası müqaviləyə uyğun olaraq silahsızlaşdırılmış zonaya qoşun yeritməyin mümkünlüyünü nəzərdən keçirir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, KXDR ordusu partiya və hökumətin istənilən qərar və əmrini “dərhal və ardıcıl olaraq” icra edəcək.

“Ordunun yenidən silahsızlaşdırılmış saziş zonalarına girməsi, cəbhənin bir qalaya çevirilməsi və cənubla münasibətdə hərbi hazırlığın daha da gücləndirilməsi məqsədilə tədbirlər görülməsi üçün partiyanın Mərkəzi Komitəsinin vahid cəbhə işləri üzrə bölməsinin və düşmənlərlə hərəkət planının öyrənilməsi ilə bağlı məsələlərə nəzarət edən bölmələrin rəyini qəbul etdik”, - deyə məlumatda bildirilir.

apa-logo-mini

Digər xəbərlər