KXDR son raket sınaqlarının özünümüdafiə xarakteri daşıdığını bildirib

KXDR son raket sınaqlarının özünümüdafiə xarakteri daşıdığını bildirib
# 27 mart 2021 01:46 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikasının son raket sınaqları ABŞ və Cənubi Koreyanın birgə təlimləri fonunda özünümüdafiə xarakteri daşıyır.

APA xəbər verir ki, bu barədə “Reuters” Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

“Bu dəfə həyata keçirilən yeni tipli taktiki idarəolunan raket sınağı suveren dövlətin özünümüdafiə hüququna əsaslanan bir addımdır. Cənubi Koreya və ABŞ fasiləsiz olaraq təhlükəli hərbi təlimlər keçirdiyi bir şəraitdə çox müasir silahlar gətirirlər, buna görə də dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qorumaq üçün hərbi gücümüzü toplamalı idik”, - deyə agentlik Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Li Byon Çxola istinadən yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR