Knesset yeni Xarici İşlər nazirinin namizədliyini təsdiqləyib

Knesset yeni Xarici İşlər nazirinin namizədliyini təsdiqləyib
# 18 may 2020 13:28 (UTC +04:00)

Knesset Gabi Aşkenazinin Xarici İşlər naziri postuna namizədliyini təsdiqləyib.

APA-nın İsrail Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, G. Aşkenazi ölkəsinin yeni Xarici İşlər naziri kimi işə başlayıb.

G. Aşkenazi 2019-cu ildən Knessetdə "Mavi və Ağ" partiyasının təmsilçisidir.

General-leytenant G. Aşkenazi 2007-ci ildən 2011-ci ilədək İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR