Koalisiya qüvvələrinin Suriyadakı aviazərbələri nəticəsində iraqlı qruplaşmanın 18 üzvü ölüb

Koalisiya qüvvələrinin Suriyadakı aviazərbələri nəticəsində iraqlı qruplaşmanın 18 üzvü ölüb
# 12 mart 2020 07:58 (UTC +04:00)

Beynəlxalq koalisiyanın Suriyanın İraqla sərhədində yerləşən Bukemal şəhəri ərazisinə hücumları nəticəsində İraqın Əl-Haşd əl-Şaabi şiə qruplaşmasının azı 18 döyüşçüsü ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, belə bir məlumatı ərəb televiziya kanalı “Əl-Hadas” yayıb.

Suriyalı hüquq müdafiəçilərinin bildirdiyinə görə, bombardmanlar İraqda Bukemalın cənubunda fəaliyyət göstərən irançı qruplardan birinin yerləşdiyi bölgədə həyata keçirilib. Hücum ABŞ əsgərlərinin yerləşdiyi Əl-Taci İraq hərbi bazasına qarşı raket hücumlarına cavab idi.

Yaxın Şərqi əhatə edən ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi Bill Urbanın “TASS”-a bildirdiyinə görə, raket hücumları nəticəsində üç amerikalı əsgər ölüb, 12 nəfər yaralanıb. Buna qədər “Reuters” iki amerikalı və bir britaniyalı hərbçinin öldüyünü bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR