Koronavirusa yoluxmuş Əli Laricaninin səhhəti yaxşılaşıb

Koronavirusa yoluxmuş Əli Laricaninin səhhəti yaxşılaşıb
# 10 aprel 2020 13:36 (UTC +04:00)

Koronavirusa yoluxmuş İran parlamentinin sədri Əli Laricaninin səhhəti yaxşılaşıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Ə. Laricaninin müşaviri Həsən Zamani deyib.

O bildirib ki, Ə. Laricani özünü yaxşı hiss edir və onun səhhətində problem yoxdur.

“Həkimlərin tövsiyəsinə uyğun olaraq o, ev şəraitdə karantindədir. Həkimlər bildirib ki, Əli Laricani 15 gün karantində qalmalıdır”, - deyə H. Zamani vurğulayıb.

O spikerin gələn həftə parlamentin iclaslarında iştirak edə biləcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR