Koronavirusun yayıldığı Çinin Uhan şəhərində 76 günlük karantin ləğv edilib

Koronavirusun yayıldığı Çinin Uhan şəhərində 76 günlük karantin ləğv edilib
  • Clock-gray 12:03
  • calendar-gray 08 Aprel 2020

Yeni növ koronavirus pandemiyasının yayıldığı Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində karantin ləğv edilib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, 76 günlük karantindən sonra şəhərin sərhədləri yenidən açılıb.

Lakin şəhər daxilində bəzi məhdudiyyətlər hələ də qüvvədə qalacaq. Rəsmilər növbəti yoluxma təhlükəsinin hələ də qalmaqda olduğu barədə xəbərdarlıq edirlər.

Koronavirusun ilk dəfə dekabr ayında aşkarlandığı 11 milyon əhalisi olan şəhər yanvarın 23-dən etibarən karantinə alınıb, şəhər xarici dünyadan təcrid olunub. 

Bu gündən etibarən nəhayət, şəhərdə qatarların hərəkəti və təyyarə uçuşları bərpa olunub, magistral yollar yenidən açılıb.

Zümrüd Paşkin

Digər xəbərlər