Livan parlamentinin qarşısında yenidən iğtişaşlar başlayıb

Livan parlamentinin qarşısında yenidən iğtişaşlar başlayıb
# 10 avqust 2020 22:00 (UTC +04:00)

Livanın paytaxtı Beyrutun mərkəzində aksiyalar yenidən bərpa olunub. Nümayişçilər parlament binası yaxınlığında yenidən polisə daş və partlayan pirotexnika atmağa başlayıblar, asayiş keşikçiləri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edib.

APA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Livan paytaxtında üçüncü gündür ki, hökumət əleyhinə nümayişlər davam edir.

Baş nazir Həsən Diyabın yaxın bir neçə dəqiqədə çıxış edəcəyi gözlənilir. Bundan bir qədər əvvəl Səhiyyə naziri Hamed Həsən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə hökumətin tam tərkibdə istefaya getdiyini bildirmişdi.

Bundan bir gün əvvəl bir neçə nazir istefa verib. Xarici İşlər naziri hələ partlayışdan əvvəl postunu tərk edib və bu qərarını Livanın milli maraqlarında ortaq mövqenin olmaması ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR