Livanda baş vermiş partlayış zamanı azı 10 nəfər yaralanıb

Livanda baş vermiş partlayış zamanı azı 10 nəfər yaralanıb
# 04 yanvar 2021 01:14 (UTC +04:00)

Livanın Suriya ilə sərhədində yerləşən Qəsr şəhərində qaz balonlarının saxlanıldığı anbarda baş vermiş partlayış nəticəsində azı 10 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “LBC” telekanalı məlumat yayıb.

Məlumata görə, yaralılardan yeddisi xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR