Livanda iğtişaşlar artıq beşinci gündür davam edir

Livanda iğtişaşlar artıq beşinci gündür davam edir
# 07 mart 2021 04:21 (UTC +04:00)

Livanda martın 2-dən bəri davam edən etiraz aksiyaları pik həddə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazir səlahiyyətlərini icra edən Həsən Diyab bildirib.

Onun sözlərinə görə, kabinetinin istefasından bu bəri təxminən yeddi aydır ki, ölkədə yeni hökumət qurmaq hələ də mümkün olmayıb.

“İctimai böhran maliyyə böhranı çözülmədən həll edilə bilməz, maliyyə böhranını isə Beynəlxalq Valyuta Fondu ilə danışıqları bərpa etmədən həll etmək mümkün deyil. Bu isə islahatlar olmadan mümkün deyil. Yeni hökumət olmadan islahatlar olmayacaq”, - Diyab belə deyib.

Qeyd edək ki, martın 2-dən bəri Livanın hər yerində yolların bağlanması ilə müşahidə olunan aksiyalar davam edir. Nümayişçilər Beyrut şəhərinin mərkəzini və böyük magistral yolları, eləcə də ölkənin cənub, şimal və şərqindəki magistral yolları yanan təkərlərlə bağlayırlar. Etirazçılar hakimiyyətdən iqtisadi böhrandan çıxmaq və əhalinin həyatını yaxşılaşdırmaq üçün ciddi addımlar atılmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR