Liviya münaqişəsi ilə bağlı Moskvada keçirilən danışıqlar atəşkəs haqqında saziş imzalanmadan bitib

Liviya münaqişəsi ilə bağlı Moskvada keçirilən danışıqlar atəşkəs haqqında saziş imzalanmadan bitib
# 13 yanvar 2020 19:57 (UTC +04:00)

Liviya münaqişəsi ilə bağlı Moskvada keçirilən danışıqlar atəşkəs haqqında saziş imzalanmadan bitib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində Rusiya və Türkiyə xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə Liviya münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparılıb.

Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla danışıqlar aparıblar. Danışıqların əsas məqsədi tərəflər arasında atəşkəs sazişinin imzalanması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR