Liviya paytaxtında etiraz aksiyaları davam edir

Liviya paytaxtında etiraz aksiyaları davam edir
# 27 avqust 2020 06:11 (UTC +04:00)

Liviyanın paytaxtı Tripolinin mərkəzində hökumət əleyhinə etirazlar dördüncü gündür davam edir.

APA “LibyaReview” xəbər portalına istinadən xəbər verir ki, baş nazir Faiz Sarrajın Milli Razılıq Hökumətinin nəzarətində olan hüquq-mühafizə orqanları etirazçıları dağıtmaq üçün intensiv qaydada atəş açır. Aksiya fəallarının saxlanılmasına başlanılıb.

Koronavirusla əlaqədar hökumət tərəfindən tətbiq edilən dörd günlük komendant saatına baxmayaraq, etirazçılar Şəhidlər meydanına və bəziləri isə mərkəzi küçələrə axışırlar. Nazirlər Kabinetinin qərarına əsasən, dini və ictimai tədbirlər, kütləvi toplaşmalar və ictimai nəqliyyatdan istifadə qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR