Liviyada Haftar qüvvələri tərəfindən saxlanılmış Türkiyə gəmisi sərbəst buraxılıb

Liviyada Haftar qüvvələri tərəfindən saxlanılmış Türkiyə gəmisi sərbəst buraxılıb
# 11 dekabr 2020 00:11 (UTC +04:00)

Liviyanın Misrata şəhərinə dərman vasitələri aparan və təlimatlara riayət etmədiyi iddia olunaraq Xəlifə Haftar qüvvələri tərəfindən saxlanılan gəmi azad edilib.

APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, aralarında bir azərbaycanlının, doqquz Türkiyə vətəndaşının olduğu 17 nəfərlik heyət üzvü ilə saxlanılmış və Yamayka bayrağı altında üzən “Mabrooka” adlı yük gəmisi sərbəst buraxıldıqdan sonra Misrataya yola düşüb.

Qeyd edək ki, Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Haftarın sözçüsü Əhməd əl-Mismari 8 dekabr tarixində sosial şəbəkə hesabında açıqlama verərək, ticarət gəmisinin “qadağan olunmuş əraziyə girdiyini və çağırışlara cavab vermədiyini” bildirmişdi. Onun sözlərinə görə, gəmi “dənizçilik qayda və qanunlarını pozduğu üçün araşdırılması məqsədilə” ölkənin şərqindəki Ras əl-Hilal limanına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR