Liviyada Türkiyəyə məxsus gəmi və biri azərbaycanlı olmaqla 17 heyət üzvü girov götürülüb

Liviyada Türkiyəyə məxsus gəmi və biri azərbaycanlı olmaqla 17 heyət üzvü girov götürülüb
# 08 dekabr 2020 04:17 (UTC +04:00)

Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan, Türkiyəyə məxsus olduğu bildirlən "Mebruka" yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.

APA-nın yerli bürosunun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, gəmi heyəti arasında doqquzu Türkiyə, biri Azərbaycan, yeddisi hindistanlı olan 17 nəfər heyət üzvü girov götürülüb.

Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari yük gəmisində dərman olduğunu etiraf edib. O, gəminin Haftar tərəfindən qadağan olunan əraziyə girdiyi və “təlimatlara əməl etmədi”yi üçün Ras el-Hilal limanına çəkilərək orada saxlandığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR