Madaqaskarda həbsxanadan qaçmaq istəyən məhbuslardan 20-si öldürülüb

Madaqaskarda həbsxanadan qaçmaq istəyən məhbuslardan 20-si öldürülüb
# 24 avqust 2020 05:26 (UTC +04:00)

Bazar günü Madaqaskarın Farafanqan şəhərində yerləşən həbsxanasından kütləvi şəkildə qaçmaq istəyən məhbuslardan 20 nəfəri öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Madaqaskarın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, günorta saatlarında məhbuslar iki qrupa bölünərək mühafizəçilərə hücum edib. 88 məhbus həbsxananı tərk etmək istəyib.

Onlardan 37 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub, 8 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. 31 məhkumun axtarışı davam edir.

Qeyd edək ki, 23 min əhalisi olan Farafangan şəhəri adanın cənub-şərqində yerləşir. Şəhər Atzimu-Atsinanan inzibati bölgəsinin mərkəzidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR