Malayziyanın 94 yaşlı Baş Naziri istefa verib

Malayziyanın 94 yaşlı Baş Naziri istefa verib
# 24 fevral 2020 11:19 (UTC +04:00)

Malayziyanın 94 yaşlı Baş Naziri Mahathir Bin Mohamad istefa verib.

APA-nın xəbərinə görə, bu barədə “Malay Mail” qəzeti Baş Nazirin ofisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Nazirin istefa ərizəsi kral sarayına təqdim olunub.

İstefanın digər detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, o, 2018-ci ilin may ayından hökumətə rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR