Monqolustanda qum fırtınası səbəbindən 6 nəfər ölüb

Monqolustanda qum fırtınası səbəbindən 6 nəfər ölüb
# 15 mart 2021 09:02 (UTC +04:00)

Monqolustanda qeydə alınmış qum fırtınası nəticəsində azı 6 nəfər ölüb, 81 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə “CGTN” telekanalı məlumat yayıb.

Məlumata görə, təbii fəlakət Pekini keçib. Şəhərdə görüntü mümkünlüyü 1000 metri keçmir. Paytaxt rəsmiləri qum qasırğası ilə əlaqədar sarı təhlükə səviyyəsi elan ediblər, açıq havada planlaşdırılan tədbirlərin ləğv edilməsi və ehtiyac olmadığı təqdirdə çölə çıxılmaması tövsiyə olunub. Meteoroloqların proqnozlarına görə, qasırğa sabahadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR