Mərakeş, ABŞ və İsrail birgə bəyannamə imzalayıblar

Mərakeş, ABŞ və İsrail birgə bəyannamə imzalayıblar
# 23 dekabr 2020 08:44 (UTC +04:00)

Mərakeş, ABŞ və İsrail rəsmiləri Rabatda birgə bəyannamə imzalayıblar.

APA “Maghreb Arabe Press” (MAP) xəbər agentliyinə istinadən xəbər verir ki, sənədi Mərakeşin Baş naziri Saad əd-Din əl-Osmani, ABŞ Prezidentinin baş məsləhətçisi və kürəkəni Cared Kuşner və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat imzalayıblar.

Mərasim Mərakeş Kralı VI Məhəmmədin iştirakı ilə keçirilib.

Sənəddə qeyd olunur ki, “ABŞ Mərakeşin Qərbi Sahara ərazisi üzərindəki suverenliyini tanıyır və Mərakeşin bu bölgəyə muxtariyyət verilməsi ilə bağlı Qərbi Saharadakı mübahisənin ədalətli və davamlı həlli üçün yeganə əsas kimi təklif etdiyi etibarlı və real təklifi dəstəklədiyini təsdiqləyir”.

“Bu hədəfə doğru inkişafı asanlaşdırmaq üçün ABŞ Mərakeşlə birlikdə, Qərbi Sahara da daxil olmaqla, bölgədə iqtisadi və sosial inkişafı sürətləndirəcək, bölgənin iqtisadi və ticarət imkanlarını inkişaf etdirmək üçün Qərbi Sahara ərazisində - Dahlada konsulluq açacaq”, - deyə birgə bəyannamədə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR