Mun Çje İn: "ABŞ və KXDR arasında dialoqun yenidən başlaması ehtimalı hələ də mövcuddur"

Mun Çje İn: "ABŞ və KXDR arasında dialoqun yenidən başlaması ehtimalı hələ də mövcuddur"
  • Clock-gray 08:45
  • calendar-gray 14 Yanvar 2020

KXDR və ABŞ arasındakı dialoqdakı durğunluğa baxmayaraq, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinin həllinə dair perspektivlər qalmaqdadır.

APA xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Mun Çje İn Seuldakı iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.

“Düşünürəm ki, hazırda optimizmə səbəb olmadığına baxmayaraq, Şimali Koreya ilə ABŞ arasındakı dialoqa pessimist yanaşmaq hələ tezdir”, - Mun Çje İn belə deyib.

O, iki ölkə liderləri Kim Çen In və Donald Tramp arasında etimadın olduğunu və bu yaxınlarda isə Trampın ad günü münasibətilə şimali koreyalı həmkarına təbrik mesajı göndərdiyini vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər