Myanmada baş verən qarşıdurmalarda ölənlərin sayı 570-ə çatıb

Myanmada baş verən qarşıdurmalarda ölənlərin sayı 570-ə çatıb
# 05 aprel 2021 21:57 (UTC +04:00)

Myanmada nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında fevralın 1-dən bəri baş verən qarşıdurmalarda ölənlərin sayı 570-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Cəmiyyətinin saytında məlumat yer alıb

“5 aprel tarixinə olan məlumata əsasən, hərbi çevriliş nəticəsində 570 nəfər öldürülüb”, - məlumatda belə deyilir.

Bildirilir ki, 2728 nəfər hazırda nəzarət altındadır, onlardan 38-i həbs cəzasına məhkum edilib. Daha 443 nümayişçinin həbsi ilə bağlı qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR