Myanmada bir il müddətinə fövqəladə vəziyyət elan olunub

Myanmada bir il müddətinə fövqəladə vəziyyət elan olunub
  • Clock-gray 07:19
  • calendar-gray 01 Fevral 2021

Myanma hərbçiləri ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan ediblər.

APA “Sinhua” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama ordu telekanalında yayımlanıb.

Bildirilir ki, fövqəladə vəziyyətin tətbiqinə dair bəyannaməni ordu tərəfindən ölkə prezidenti vəzifələrinin icraçısı elan edilən vitse-prezident Myin Sve imzalayıb. Bəyannaməyə əsasən, ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin baş komandanı Min Aun Hlainə veriləcək.

“Reuters”in məlumatına görə, hərbçilər qərarın saxtalaşdırılmış parlament seçkiləri səbəbindən verildiyini bildiriblər.

apa-logo-mini

Digər xəbərlər