Myanmada etirazlarla əlaqədar internet məhdudlaşdırılıb

Myanmada etirazlarla əlaqədar internet məhdudlaşdırılıb
# 15 fevral 2021 03:14 (UTC +04:00)

Myanmada fevralın əvvəlində baş verən hərbi çevrilişə qarşı keçirilən etirazlarla əlaqədar ölkədə internetə giriş ciddi şəkildə məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə beynəlxalq monitorinq qeyri-kommersiya təşkilatı “NetBlocks” məlumat yayıb.

“Myanmada yerli vaxtla saat 01:00-da (Bakı vaxtı ilə bazar günü 22:30-da) internetin, demək olar ki, tam kəsilməsi təsdiqlənib. Məlumata görə, internetin səviyyəsi hazırda normal səviyyənin yalnız 14 faizini təşkil edir”, - deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR