Myanmada fevraldan bəri olan qarşıdurmalarda ölənlərin sayı 557-yə çatıb

Myanmada fevraldan bəri olan qarşıdurmalarda ölənlərin sayı 557-yə çatıb
# 03 aprel 2021 21:10 (UTC +04:00)

Myanmada etirazçılarla təhlükəsizlik qüvvələri arasında fevral ayının 1-dən bəri baş verən toqquşmalarda ölənlərin sayı 557 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Cəmiyyətinin saytında məlumat yer alıb.

“3 aprel tarixinə olan məlumata əsasən, hərbi çevriliş nəticəsində 557 nəfər öldürülüb”, - deyə məlumatda qeyd olunub.

Cəmiyyətin məlumatına görə, sutka ərzində saxlanılmış 110 nəfər sərbəst buraxılıb, 2658 nəfər hələ də nəzarət altındadır. 38 nəfər barəsində həbs qərarı verilib. Daha 235 nümayişçinin saxlanılması barədə order verilib.

“The Irrawaddy” qəzeti “Save the Children” beynəlxalq xeyriyyə təşkilatına istinad edərək yazıb ki, Myanmada hökumət əleyhinə keçirilən nümayişlərin dağıdılması zamanı azı 43 azyaşlı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR