Myanmada ölkənin müxtəlif şəhərlərində aksiya iştirakçıların və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlərin sayı 17 nəfərə çatıb.
APA-nın "Mizzima" portalına istinadən verdiyi məlumata görə, polis və hərbçilərin açdığı atəş nəticəsində Yanqon şəhərində 4, Mandale şəhərində 2, Baqo şəhərində 3, Davey şəhərində 4, Mey şəhərində 1, Pakokku şəhərində 2 nəfər və Molamyayne şəhərində 1 nəfər ölüb.
***
Saat 18:29
Bu gün Myanmanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaları dağıtmağa çalışan təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ən azı 6 nəfər ölüb.
Mandale şəhərində 1 nəfər, Baqo şəhərində 2, Yanqon şəhərində 3 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib, 15 nəfər xəsarət alıb.
Qeyd edək ki, fevralın 6-dan başlayan aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.