Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 162-yə çatıb - YENİLƏNİB-2

Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 162-yə çatıb - YENİLƏNİB-2
# 02 iyul 2020 18:07 (UTC +04:00)

Myanmada intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 162-yə çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Yanğın Mühafizə Departamentinin “Facebook” səhifəsində bildirilib.

Xəsarət alanların sayı isə 54 nəfərə yüksəlib.

Bundan əvvəl 126 nəfərin öldüyü qeyd olunub.

***

saat 16:51

Myanmada intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 126-ya çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Yanğın Mühafizə Departamentinin “Facebook” səhifəsində bildirilib.

23 nəfər yaralı isə xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl 113 nəfərin öldüyü qeyd olunub.

***

saat 11:47

Myanmada intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 113-ə çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İnformasiya Nazirliyi açıqlama yayıb.

Bundan əvvəl 96 nəfərin öldüyü bildirilmişdi.

***

10.54

Myanmada sürüşmə zamanı ölənlərin sayı artıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb.

***

saat 10:24

Myanmada torpaq sürüşməsi nəticəsində ən azı 50 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 08:00-da ölkənin şimalında, Kaçin ştatında yerləşən nefrit şaxtasında baş verib.

Qeyd olunub ki, dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal olunur, ərazidə xilasedicilər çalışır.

Uzun müddət yağan mövsümi yağışların torpaq sürüşməsinə səbəb olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR