Narendra Modi: "Hindistan sülh istəyir, lakin təxribat olarsa uyğun cavabı vermək iqtidarındadır"

Narendra Modi: "Hindistan sülh istəyir, lakin təxribat olarsa uyğun cavabı vermək iqtidarındadır"
# 17 iyun 2020 14:43 (UTC +04:00)

"Hindistan sülh istəyir, lakin təxribat olarsa uyğun cavabı vermək iqtidarındadır".

APA-nın "The Hindustan Times"ə istinadən verdiyi xəbərə görə, bunu Hindistanın Baş Naziri Narendra Modi "COVID-19" pandemiyasını müzakirə etmək üçün nazirlərlə keçirilən görüşdə bildirib.

Görüşə başlamazdan əvvəl Qalvan vadisində, Hindistan və Çin sərhəddində toqquşma zamanı ölən 20 Hindistan əsgərinin xatirəsi iki dəqiqəlik sükutla yad edilib.

"Xalqımızı əmin etmək istəyirəm ki, gənc hərbçilərimizin fədakarlığı boşuna deyil. Bizim üçün ölkənin birliyi və suverenliyi hər şeydən önəmlidir", - deyə o bildirib.

Görüşdə Daxili İşlər naziri Amit Şah və Müdafiə naziri Rajnat Singh də iştirak edib.

Xatırladaq ki, Hindistan Silahlı Qüvvələrinin Çinlə Ladax sərhəd məntəqəsində silahlı toqquşma nəticəsində biri zabit olmaqla 20 hərbçi ölüb.

Çin tərəfdən də itkilərin olduğu bildirilsə də, onların sayı müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR