Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyib - YENİLƏNİB

Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyib - YENİLƏNİB
# 16 avqust 2020 19:46 (UTC +04:00)

Nazarbayevin qızı Dariga oğlu, 29 yaşlı Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib.

APA bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Saat 14:47

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

APA bildirir ki, bu barədə Zakon.kz xəbər verir.

İlkin versiyaya görə, Dariqa Nazarbayevanın 30 yaşlı oğlu Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR