Nazir: “Nigeriyada girov götürülən türkiyəli dənizçilərin xilas edilməsi işləri davam etdirilir”

Nazir: “Nigeriyada girov götürülən türkiyəli dənizçilərin xilas edilməsi işləri davam etdirilir”
# 25 yanvar 2021 12:46 (UTC +04:00)

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan türkiyəli dənizçilərin geri qaytarılması üçün cəhdlər davam etdirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir deyib ki, girovluqda olan dənizçilərin xilas edilməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyətdədirlər.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Dəniz quldurları tərəfindən qarət edilən gəmi Qabonun Gentil limanında lövbər salıb. Gəmidə qalan F. İsmayılovun nəşi yanvarın 26-da Türk Hava Yollarının uçuş reysi ilə Azərbaycana göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR