Nepal Prezidenti parlamenti buraxıb

Nepal Prezidenti parlamenti buraxıb
# 20 dekabr 2020 15:45 (UTC +04:00)

Nepal prezidenti Bidxa Devi Bxandari parlamentin aşağı palatasını buraxıb və ümumi seçkilər üçün tarix təyin edib.

APA bildirir ki, bu barədə “Himalayan Times” qəzeti xəbər verir.

Bxandari bu sərəncamı, Nepal Baş Naziri Khadga Prasad Sharma Olinun tövsiyəsinə əsasən verib.

Bundan əlavə, o, hökumətin ümumi seçkilərin iki turda - 30 aprel və 10 may 2021-ci il tarixli keçirilməsinə dair tövsiyələrini də təsdiqləyib.

Qəzet qeyd edir ki, hökumət bu tövsiyələri hakim partiyanın daxilində baş verən siyasi böhrandan sonra verib. Belə ki, müxalifət Nepal Kommunist Partiyasından seçilən baş nazirin istefasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR