Nepalda torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb, onlarla insan itkin düşüb

Nepalda torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb, onlarla insan itkin düşüb
  • Clock-gray 12:29
  • calendar-gray 03 Sentyabr 2020

 

Nepalda torpaq sürüməsinin baş verməsi nəticəsində ən azı 11 nəfər ölüb, 4 nəfər yaralanıb, onlarla insan itkin düşüb.   

APA-nın xəbərinə görə, “The Kathmandu Post” qəzeti yazır ki, sentyabrın 2-də gecə paytaxt Katmandudan 180 km qərbdə baş verən təbii fəlakət nəticəsində 40 ev torpaq altında qalıb, nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib. Yolların və körpülərin dağılması xilasedicilərin hadisə yerinə çatmasına əngəl törədir.  

“Kyodo” agentliyi 40-dək insanın taleyindən xəbər olmadığı barədə məlumat yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Agentlik yerli hakimiyyət orqanlarına istinadən onu da bildirir ki, bu il musson yağışları dövründə Nepalda təbii fəlakətlər 285 nəfərin həyatına son qoyub.

 

apa-logo-mini

Digər xəbərlər