Netanyahu "Likud" partiyası lideri seçkilərində qələbəsini elan edib

Netanyahu "Likud" partiyası lideri seçkilərində qələbəsini elan edib
  • Clock-gray 05:48
  • calendar-gray 27 Dekabr 2019

İsrailin Baş Naziri Benyamin Netanyahu Likud partiyası daxilində lider seçkilərində qalib gəldiyini açıqlayıb.

APA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, şəxsi “Twitter” səhifəsində bildirib.

“Böyük qələbə! Etibar, dəstək və sevgiyə görə dostlara və “Likud” üzvlərinə təşəkkür edirəm. Allahın və sizin köməyinizlə qarşıdan gələn seçkilərdə “Liku”du böyük bir qələbəyə aparacağam və İsrail Dövlətini misli görünməmiş nailiyyətlərə çatdıracağam”, - deyə Netanyahu qeyd edib.

“Likud”dakı ilkin seçki məntəqələri saat 23:00-da bağlanıb, seçicilərin fəallığı isə 49%-i keçib.

İsrail televiziyasının 13-cü kanalının məlumatına görə, Netanyahuya 70%-dən çox səs verilib. Netanyahunun əsas rəqibi keçmiş daxili işlər naziri Gideon Saar olub. Qərargahdakı rəsmi nəticələr cümə günü səhər açıqlanacaq.

apa-logo-mini

Digər xəbərlər