Netanyahu: “Tramp qətiyyətli davrandığı üçün hörmətə layiqdir”

Netanyahu: “Tramp qətiyyətli davrandığı üçün hörmətə layiqdir”
  • Clock-gray 18:02
  • calendar-gray 03 Yanvar 2020

“ABŞ da İsrail kimi özünümüdafiə hüququna malikdir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Baş Naziri Binyamin Netanyahu deyib.

“Qasım Süleymani Amerika vətəndaşlarının və bir çox digər günahsız insanların ölümündə məsuliyyət daşıyır. O, daha çox belə hücumları planlaşdırırdı. Prezident Donald Tramp cəld, güclü və qətiyyətli davrandığı üçün hörmətə layiqdir. İsrail ABŞ-ın sülh, təhlükəsizlik və özünümüdafiə uğrunda ədalətli mübarizəsində onun yanındadır”,- deyə İsrailin Baş Naziri qeyd edib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH“Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

Zümrüd Paşkin

Digər xəbərlər