Pakistan XİN: "İran bütün region ölkələri ilə əməkdaşlığa hazırdır"

Pakistan XİN: "İran bütün region ölkələri ilə əməkdaşlığa hazırdır"
  • Clock-gray 02:43
  • calendar-gray 18 Yanvar 2020

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qurei Tehrana səfərinin yekununda İran hökumətinin, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgənin bütün ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Qureyşi bundan əvvəl Tehranda İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparıb.

“Düşünürəm ki, iranlılar bütün region iştirakçıları ilə qarşılıqlı əlaqə qurmaq istəyirlər. Hər kəslə. Səudiyyəlilər, bəhreynlilərlə, suriyalılarla, iraqlılarla, liviyalılarla...”, - de Qureyşi Vaşinqtonda jurnalistlərlə görüşdə bildirib.

Nazirin sözlərinə görə, iranlılar dialoqa açıqdırlar və qeyd olunan ölkələrlə gərginlik bölgələrini müzakirə etmək istəyirlər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date