Pakistan hökuməti ticarətin asanlaşdırılması üçün İranla sərhədi açmağa razılıq verib

Pakistan hökuməti ticarətin asanlaşdırılması üçün İranla sərhədi açmağa razılıq verib
# 19 iyun 2020 02:26 (UTC +04:00)

Pakistan hökuməti cümə axşamı ikitərəfli ticarəti asanlaşdırmaq üçün İran İslam Respublikası ilə sərhədin bütün həftə boyu açılmasına razılıq verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə Pakistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qaydalar təmin edilməklə İranla sərhəddəki Taftan keçid məntəqəsi ticarət məqsədilə həftənin hər günü açıq olacaq.

Qeyd edək ki, bununla bağlı Pakistan Parlamentinin Kənd Təsərrüfatı Məhsulları üzrə Xüsusi Komitəsinin iclasında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR