Pakistan ordusu qar uçqunu altında qalmış 22 tələbəni xilas edib

Pakistan ordusu qar uçqunu altında qalmış 22 tələbəni xilas edib
# 21 yanvar 2020 04:32 (UTC +04:00)

Pakistan Silahlı Qüvvələri ölkənin şimalındakı Qilqit-Baltistan əyalətinin Astor bölgəsindəki xizək kurortunda qar uçqunu altında qalan 22 tələbəni uğurla xilas edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Lahor Universitetinin 22 tələbəsi dağ-xizək kurortunda gəzinti zamanı şiddətli torpaq sürüşməsi nəticəsində qar uçqununun altında sıxılmış vəziyyətdə qalıblar.

Dərhal universitet rəhbərliyi ölkənin silahlı qüvvələrində kömək istəyib. Beş gündən sonra ordunun köməkliyi ilə tələbələrin həyatı xilas edilib.

Qeyd edək ki, yanvar ayının əvvəllərindən başlayaraq Pakistanın bir neçə əyalətinə güclü qar yağıb. Ümumilikdə, yanvarın 11-dən ölkədə təbii fəlakət üzündən 100-dən çox insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR