Pakistana koronavirusla əlaqədar 12 ölkədən vətəndaşların girişinə qadağa qoyulub

Pakistana koronavirusla əlaqədar 12 ölkədən vətəndaşların girişinə qadağa qoyulub
# 22 mart 2021 10:54 (UTC +04:00)

Pakistan bəzi ölkələrdə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar bu ölkələrin vətəndaşlarının girişinə qadağa qoyub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Pakistan Aviasiya İdarəsi bu barədə qərar verib.

Martın 23-dən qüvvəyə minən və aprelin 5-dək davam edəcək qadağa 12 ölkənin vətəndaşına tətbiq ediləcək. Bu qadağa Brazilya, Kolumbiya, Qayana, Mozambik, Peru, Ruanda, Tanzaniya, Zambiya, Komor adaları, Keniya, Cənubi Afrika Respublikası, Botsvana vətəndaşlarına aiddir.

Həmçinin Çin, Avstraliya da daxil olmaqla 20-dən artıq ölkənin vətəndaşı Pakistana səfər etməzdən əvvəl COVID-19 testi verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR