Pakistanda atışmada 5 polis əməkdaşı öldürülüb

Pakistanda atışmada 5 polis əməkdaşı öldürülüb
  • Clock-gray 12:28
  • calendar-gray 28 İyul 2020

Pakistanın Qilqita əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silah qaçaqmalçıları arasında atışma olub.

APA-nın “Geo.tv”yə istinadən verdiyi xəbərə görə, cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Bildirilib ki, atışma nəticəsində ən azı 5 polis əməkdaşı ölüb, 5 polis əməkdaşı isə yaralanıb.

Bundan başqa, 2 mülki vətəndaş xəsarət alıb.

Cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar.

apa-logo-mini

Digər xəbərlər